Türkiyədə ölən prokuror oğlunun azərbaycanlı müğənni ilə - GÖRÜNTÜLƏRİ YAYILDI
Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, mərhumun məkanların birində müğənni Nadir Qafarzadə ilə görüntüləri yayılıb.
Onun sənətçi ilə dueti diqqət çəkib. Bəstələdiyi mahnılar kimi səsinin də gözəlliyi izləyicilərin nəzərindən qaçmayıb.
Qeyd edək ki, Ruslan Əhmədoğlu Abşeron rayon İcra Hakimiyyəti Arxiv İdarəsinin rəisi vəzifəsində çalışıb, həmçinin bəstəkar kimi sevilən mahnıların müəllifi idi. R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur.(milli.az)