Türkiyənin əfsanəvi müğənnisi ABŞ-də vəfat etdi – FOTO + VİDEO
Türkiyənin əfsanəvi müğənnisi Muazzez Abacı vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, sevilən ifaçı ötən həftə qızı Saba Abacını görmək üçün ABŞ-yə gedib.
Orada vəziyyəti pisləşən müğənni infarkt keçirib və xəstəxanaya yerləşdirilib. Əməliyyatla ürəyinə stent taxılsa da, böyrəkləri çöküb və bu gün- doğum günündə vəfat edib.
Onun ölüm xəbərini meneceri Taner Budak yayıb.
Xatırladaq ki, sənətçi bir neçə həftə öncə də infarkt keçirdiyi üçün reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, Muazzez Abacı 1947-ci ildə Ankarada anadan olub. 1970-ci illərdə peşəkar səhnəyə addım atıb. Dövlət sənətçisi ünvanına sahibdir. “Ümit Töreni”, “Kimseye Etmem Şikayet”, “Sensiz Saadet Neymiş”, "Vurgun", “Her şey seni hatırlatıyor” kimi əsərlərlə adını türk sənət musiqisi tarixinə qızıl hərflərlə yazdırıb.
Banu
Fotoda: Muazzez Abacı