Türkiyənin məşhur şoumeni həbs olundu - FOTO
Türkiyənin məşhur şoumeni, aktyoru və aparıcısı Mehmet Ali Erbil həbs cəzasına məhkum edilib.
SAVASHMEDİA.az xəbər verir ki, ”qeyri-qanuni mərc oyununu təşviq etmək” işi üzrə mühakimə edilən Erbil bu gün məhkəmə qarşısına çıxıb.
68 yaşlı şoumenə 10 ay həbs cəzası verilib. Eyni zamanda 1000 türkiyə lirəsi cərimə olunub.
Xatırladaq ki, Mehmet Ali Erbilin 3 ilə qədər həbsi tələb olunurdu.
Banu
Fotoda Mehmet Ali Erbil