Ukrayna Dağıstandakı rus donanmasını vurdu, Xəzərdə əməliyyat... - Müharibə Azərbaycan sərhədlərində
Ukraynaya məxsus pilotsuz uçuş təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının dəniz bazasına zərbələr endirib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarındakı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin innovativ xüsusi əməliyyatı nəticəsində ilk dəfə olaraq Xəzər dənizində Rusiya donanmasına zərbə endirmək mümkün olub.
Qeyd edək ki, Ukraynanın dövlət sərhədindən hədəfə qədər olan məsafə təxminən 1500 kilometrdir.
Kamikadze dronların hücumu noyabrın 6-da, səhər saatlarında baş verib. PUA-nın endirilməsi nəticəsində Dağıstan Respublikasının Kaspiysk şəhərində ən azı iki obyektə ziyan dəyib.
Söhbət, özəlliklə, “Tatarıstan” və “Dağıstan” raket gəmilərindən gedir. Bundan başqa, yəqin ki, 21831 layihəsinin kiçik raket gəmiləri də zədələniblər.
Məlumata görə, dəniz piyadaları da daxil olmaqla sahil qoşunlarının bölmələri zərər çəkmiş obyektdə yerləşdirilib.
Bəzi məlumatlara görə, hücuma məruz qalan donanma Ukraynaya raket zərbələri endirib, 177-ci dəniz piyada alayı isə Xerson və Zaporojye vilayətlərində döyüşlərdə iştirak edib.
Mənbə onu da əlavə edib ki, əməliyyatlar nəticəsində Mahaçqala şəhərində hava limanının fəaliyyəti dayandırılıb.
Xatirə SADİQ