Prezidentdən fotoqrafa xüsusi diqqət - “Şərait yaradın” + Video

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə qazaxıstanlı fotoqraf Aman Dyusunbayevə xüsusi diqqət göstərib.

Oct 7, 2025 - 18:30
Oct 7, 2025 - 18:33
Prezidentdən fotoqrafa xüsusi diqqət - “Şərait yaradın” + Video

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda görüntüləri fotoqraf özünün sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə foto çəkdirməyə hazırlaşan Azərbaycan lideri yerli media nümayəndələrinə “Qonaqlara şərait yaradın”, - deyə tapşırıq verib.

Həmin görüntüləri təqdim edirik: