Uoltsun komandası “Signal”da 20 çat yaradıb – “Politico”

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsın komandası təhlükəsizlik məsələlərinin müzakirə olunduğu “Signal”da ən azı 20 çat yaradıb.

Apr 3, 2025 - 14:34
Uoltsun komandası “Signal”da 20 çat yaradıb – “Politico”

SAVASHMEDİA.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Uoltsun komandası müntəzəm olaraq “Siqnal”da Ukrayna, Çin, Qəzza zolağı, Yaxın Şərq, Afrika və Avropada siyasət kimi məsələlərin koordinasiyası üzrə çatlar qurub. 

“Politico” bu çatlarda iştirak edən insanlara istinadən yazır ki, onların hamısı məxfi məlumatların müzakirəsi hallarına rast gəldiklərini təsdiqləyiblər. 

Təcrübəli milli təhlükəsizlik əməkdaşları bu yanaşmanı təhlükəli hesab etdiklərini bildiriblər. Onların fikrincə, konfidensial məlumatlar ABŞ düşmənlərinin əlinə keçə bilər.

Xatirə SADİQ