Vahid Ələkbərovun oğlu bu qurumdakı vəzifəsini də tərk etdi
“LUKOYL” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərovun “Spartak”ın direktorlar şurasını tərk etmək qərarına gəlib.
SAVASHMEDİA.az bu barədə “RBC Sport”a istinadən xəbər verir.
Vəziyyətlə tanış olan iki mənbəyə istinadən telekanal bildirib ki, Y.Ələkbərovun qərarı ABŞ Maliyyə Nazirliyinin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra klubu riskə atmamaq istəyi ilə əlaqədardır. Çünki “LUKOYL” neft şirkəti “Spartak” klubunun sahibi və baş sponsorudur.
Yusuf Ələkbərov 2021-ci ildə klubun direktorlar şurasına daxil olub. Onun klubdakı fəaliyyəti haqqında açıq mənbələrdən çox az şey məlumdur.
ABŞ Maliyyə Nazirliyi yanvarın 10-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısında Azərbaycanəsilli tanınmış rusiyalı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov da var. Nazirliyin məlumatında Yusif Ələkbərov “WellTech” neft xidmətləri şirkətinin təsisçisi və sahibi kimi qeyd olunur. Həmin şirkət də sanksiyalara məruz qalıb.
“SPARK” məlumat bazasına görə, Ələkbərov ondan çox şirkətin ortaq sahibidir, 2021-ci ilə qədər o, LUKOIL səhmlərinin 0,2%-nə sahibi idi.
Xatirə SADİQ