Valeri Gerasimov günahı ABŞ sanksiyalarında gördü

Rusiya Suriyadakı vəziyyəti həll etmək üçün cəhdlər etdi, lakin ABŞ sanksiyaları səbəbindən Bəşər Əsəd rejimi çökdü. 

Dec 18, 2024 - 16:50
Valeri Gerasimov günahı ABŞ sanksiyalarında gördü

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib.

“Rusiya öz növbəsində Astana formatında Suriyada sülh nizamlanmasına cəhdlər etdi, lakin bu, ilk növbədə ABŞ və Böyük Britaniyaya əlverişli olmadı”, - deyə Gerasimov iddia edib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “NTV” telekanalına verdiyi müsahibədə Əsədin vəzifəsindən əl çəkməsinin əsl səbəbinə aydınlıq gətirmişdi. 

Onun sözlərinə görə, məhz Türkiyənin Dohada apardığı birhəftəlik danışıqlar nəticəsində Rusiya və İran Əsəd rejiminə hərbi yardım etmədi. 

“Dohada ruslar və iranlılarla bir araya gəldik. Bəzi mövzuları danışdıq. Bir nöqtədən sonra onlar da telefon etdilər. O axşam da Əsəd getdi. Ruslar və iranlılar baxdılar ki, daha bunun anlamı yoxdur. Bunu çox net söylədik. Həm üzərinə yatırım yapdıqları adam yatırım yapılacaq adam deyil, həm də bölgədəki şərtlər köhnə şərtlər deyil, dünya şərtləri köhnə şərtlər deyil. Zərərin bir tərəfindən dönmələri gərəkdi. Ruslara dedik: mülki yaşayş məskənlərini bombalamayın, daha çox insanı qətlə yetirməyin, köç etmələrinə səbəb olmayın”. 
 
Xatirə SADİQ