Vaqif Vəliyev vəfat etdi
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.
SAVASHMEDİA.az xəbər vereir ki, bu barədə onun oğlu Səbuhi Vaqifoğlu deyib.
O bildirib ki, atasının qəfil halı pisləşib, ürəyi dayanıb.
Qeyd edək ki, Vaqif Vəliyev bu gün xəstəxanadan evə buraxılmışdı.
O, Məlhəm Hospitalının reanimasiya şöbəsində müalicə alırdı. Ona sepsis və septik şok diaqnozu qoyulmuşdu.