Vüqar Həşimovun bacısı son durumu açıqladı - "Anamın hər iki ayağı..." + VİDEO
Mərhum şahmat ustası Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva bir neçə gün öncə baş verən partlayışda yaralanaraq xəstəxanaya yerləşdirilən valideynləri ilə bağlı son vəziyyəti açıqlayıb.
SAVASHMEDİA.az Xəzər TV-yə istinadən bildirir ki, Samirə Allahverdiyeva bildirib ki, valideynləri-Qasım Həşimov və Aidə Həşimovanın hazırda vəziyyəti ağır-stabil olaraq qalır. Anası Yeni Klinikadan özəl tibb müəssisəsinə təxliyə olunub. Onun hər iki ayağında əməliyyat icra olunacaq.
Samirə Allahverdiyeva partlayışla bağlı araşdırmaların aparıldığını da deyib.
Qeyd edək ki, partlayış dekabrın 3-də Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində baş verib.
Videomaterialı təqdim edirik: