"Xaç atası"nın oğlu cinsiyyət dəyişdirdi: "Onu dəstəkləyirəm və..." - Foto

Dünyaca məşhur aktyor Robert De Nironun oğlu cinsiyyət dəyişdirib.

May 2, 2025 - 13:01
"Xaç atası"nın oğlu cinsiyyət dəyişdirdi: "Onu dəstəkləyirəm və..." - Foto

SAVASHMEDİA.az xəbər verir ki, 29 yaşlı Aaron de Niro cinsiyyət dəyişdirmə prosesini tamamlayaraq qadın olduğunu açıqlayıb. O, adını da dəyişərək Ayrin edib. 

Robert de Niro isə oğluna verdiyi dəstəyi belə ifadə edib: 

Fotoda Aaron de Niro

“Aaronu oğlum olaraq sevdim və dəstəklədim. Ayrini isə qızım olaraq sevir və dəstəkləyirəm. Ümumiyyətlə, 7 övladımın hamısını eyni dərəcədə sevir və bağrıma basıram”.

Fotoda Ayrin

Xatırladaq ki, Robert De Niro “Qəzəbli Buğa”(Raging Bull), “Taksi sürücüsü” (Taxi Driver), “Xaç atası-2” (The Godfather Part II),  “İrlandiyalı” (The Irishman), “Kazino” (Casino) kimi məşhur filmlərdə rol alıb. O “Xaç atası-2” filmindəki “Vito Karleoni” obrazına görə “Oskar” mükafatına layiq görülüb.

Banu