Xalq artistinin oğlu Türkiyədə təcili əməliyyat olundu - FOTO

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.

Nov 10, 2024 - 00:26
Nov 10, 2024 - 00:26
Xalq artistinin oğlu Türkiyədə təcili əməliyyat olundu - FOTO

Bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb.

O, bildirib ki, həyat yoldaşı konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili İstanbulda əməliyyat edilib:

"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə odur ki, həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.

Ümid Şirinov

(axsam.az)