Cinsi istəyi artıran - QİDALAR

Evliliklərin uzunömürlü və xoşbəxt olması üçün sevgi, qarşılıqlı hörmət və dostluq amilləri ilə yanaşı cinsi həyat da önəmlidir.

Mar 2, 2025 - 01:39
Cinsi istəyi artıran - QİDALAR

Bəzən tərəflərdən birində cinsi istəksizlik problemi baş qaldırır. Bu da qarşı tərəfin narazılığına səbəb olur. Kişilərdə və qadınlarda cinsi zəifliyin yaranmasına səbəb olan faktorlardan biri də istehlak edilən qidalardır.Cinsi potensialı artıran qidalar sağlamlığın və hormonal tarazlığın qorunması üçün də vacibdir. Xüsusilə düzgün qidaların istehlakı cinsi performansı və libidonu artıra bilər. 

SAVASHMEDİA.az cinsi istəyi və ehtirası artıran qidaları təqdim edir:

Qırmızı ət və dəniz məhsulları

Bu qidalar kişilərdə testosteron səviyyəsini artıraraq qan dövranını yaxşılaşdırır nəticədə ereksiya yaranır. 

Fındıq və qoz

Testosteron səviyyəsini yüksəltməklə ehtirası artırır. Fındıq omeqa-3 yağ turşuları və argininlə zəngindir. Bu da qan dövranını yaxşılaşdıraraq cinsi performansı və libidonu artıra bilər.

Badam

Badam omeqa-3 yağ turşuları və sinklə zəngindir. Xüsusilə sink sperma keyfiyyətini yaxşılaşdırır və cinsi gücü artıra bilən hormonları tənzimləməyə kömək edir.

Qarpız

Qarpız tərkibindəki sitrulin amin turşusu sayəsində qan damarlarını genişləndirməklə qan axınını sürətləndirir. Bu da cinsi performansa müsbət təsir göstərir. Xüsusilə kişilərdə qarpız istehlakı ereksiya problemlərini yüngülləşdirə bilər.

Balıq və balıq yağı

Balıq və balıq yağı qan damarlarını genişləndirərək qan axınını yaxşılaşdıra bilən omeqa-3 yağ turşuları ilə zəngindir. Bu da cinsi gücü artıra bilər.

Tünd şokolad

Qadınlarda hormonal tarazlığın qorunmasına və libidonun artmasına kömək edə bilər.

Çiyələk

Çiyələk antioksidantlarla zəngindir.Qan dövranını yaxşılaşdıra və bədəndə azot oksidinin səviyyəsini artıraraq cinsi oyanma prosesinə töhfə verə bilər. Bu da xüsusilə qadınlarda cinsi istəyi artırmağa kömək edir.

Lifli qidalar 

Ümumi sağlamlıq üçün də vacib olan bu qidalar cinsi performansa müsbət təsir göstərir.

Qulançar

Qulançar fol turşusu və E vitamini ilə zəngindir. Bu qidalar bədəndə hormonların istehsalını və balansını dəstəkləyir və bununla da cinsi gücü artırır.

Dəniz məhsulları

Dəniz məhsulları omeqa-3 yağ turşularını ehtiva edir. Bu yağ turşuları qan dövranını sürətləndirərək cinsi performansı yaxşılaşdıra və libidonu artıra bilər.

Ədviyyatlar

Zəncəfil və zəfəran cinsi gücü artırmaqda təsirli ola bilər. Xüsusilə zəncəfil qan dövranını sürətləndirə və cinsi oyanışı artıra bilər.

Küncüt

Sink və selenium kimi minerallarla zəngin olan küncüt hormonların istehsalına və balansına kömək edir və bununla da cinsi gücü artırır.

Yaşıl yarpaqlı tərəvəzlər

Fol turşusu, maqnezium və antioksidantlarla zəngindirlər. Bu qidalar ümumi sağlamlığı dəstəkləyərək cinsi performansı yaxşılaşdırır.

Kərəviz

Kərəviz tərkibindəki androsteron hormonu sayəsində cinsi istəyi və libidonu artıra bilər.

Kakao

Kakao tərkibindəki flavonoidlər sayəsində qan axınını artıra və cinsi performansa müsbət təsir göstərə bilər.

Əncir

Əncir tərkibindəki amin turşuları və minerallarla cinsi gücü artırır və libidoya müsbət təsir göstərir.

Sarımsaq

Sarımsaq tərkibindəki allisinlə qan dövranını yaxşılaşdıra, cinsi performansı artıra və libidoya müsbət təsir göstərə bilər.

Avokado

Tərkibindəki sağlam yağlar və kalium ilə hormonların istehsalını dəstəkləyir və cinsi gücü artırır.

Yulaf və yulaf kəpəyi

Tərkibindəki lif və antioksidantlar sayəsində qan dövranını yaxşılaşdıra və cinsi performansı artıra bilər.

Yaşıl çay

Yaşıl çay tərkibindəki antioksidantlar sayəsində ümumi sağlamlığı dəstəkləyir və cinsi performansı artırır.

Banu