TƏBİB halvadan zəhərlənənlərlə bağlı açıqlama yaydı
Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.
Məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
Bu barədə açıqlama verən TƏBİB-dən bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.