"Xamenei ölüb, yekun təsdiqi gözləyirik" - İran rəsmisi

İranın Ali dini rəhbəri Əli Xameneinin öldürülməsi ehtimalı yüksəkdir.

Feb 28, 2026 - 17:59
"Xamenei ölüb, yekun təsdiqi gözləyirik" - İran rəsmisi

Bu barədə İsrailin “Kanal 12” telekanalı İran mənbələrinə istinadla məlumat yayıb.

Yüksək rütbəli İran rəsmisi kanala bildirib: “Xameneini canlı yayımda çıxış edən görsək, şok olarıq. Qiymətləndirməmizə görə, o, artıq aramızda deyil, amma yekun təsdiqi gözləyirik”.

Həmin mənbə bundan öncə Əli Xameneinin Tehrandakı iqamətgahının sarayı ABŞ və İsrailin hava hücumları nəticəsində darmadağın edilməsi haqda məlumat yaymışdı. (teleqraf)