Xankəndidə evlər satışa çıxarılır - ŞƏRTLƏR

Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında mənzillər satışa çıxarılacaq.

Nov 14, 2025 - 14:48
Xankəndidə evlər satışa çıxarılır - ŞƏRTLƏR

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə Yenidənqurma, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. 

Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, sahibkarlar şəhərdə çoxmərtəbəli yaşayış binaları tikdikdən sonra həmin mənzillər satışa çıxarılacaq.

O əlavə edib ki, Xankəndində mənzil almaq istəyən vətəndaşlardan çoxlu sayda sorğu daxil olub. 

Alqı-satqı həm nağd, həm də ipoteka ilə olacaq. Sahibkarlarla banklar arasında bağlanan müqavilələr əsasında vətəndaşlar mənzilləri ipoteka ilə ala biləcəklər. 

O, prosesin şəffaf və rahat keçməsi üçün sahibkarlara lazımi dövlət dəstəyinin göstəriləcəyini qeyd edib.

Oğuz