Xərçəng riskini artırır, dişləri məhv edir, qaraciyər və böyrəyi... – Köhnə dəmli çay

Günü çaysız təsəvvür etmək mümkün deyil. Çay həm əhvalımızı yaxşılaşdırır, həm də yorğunluğu götürür.

May 29, 2025 - 17:43
Xərçəng riskini artırır, dişləri məhv edir, qaraciyər və böyrəyi... – Köhnə dəmli çay

Bəziləri təzə dəmli çay içməyə adət etsə də, bəziləri üçün çayın təzə və ya köhnə dəm olması fərq etmir. Lakin köhnə dəmli çayın zərərləri də yox deyil. Bu zərərlər əsasən çayın dəmlənmə müddəti keçdikdən sonra tərkibində baş verən kimyəvi dəyişikliklərlə bağlıdır.

SAVASHMEDİA.az köhnə dəm çayın zərərlərini təqdim edir:

Tanin və kofein miqdarının artması

Köhnə dəm çayın tərkibində tanin və kofein səviyyəsi artır. Bu maddələr mədəyə və sinir sisteminə təsir edərək qıcıqlanma, ürək döyüntüsündə artım, yatmaqda çətinlik kimi problemlərə səbəb olur.

Antioksidantların azalması

Köhnə dəmli çayda olan antioksidantlar təzə dəmdə olana nisbətdə çox azdır. Bu da onun sağlamlıq baxımından faydasını azaldır.

Bakteriya və kif ehtiva edir

Çay otaq temperaturunda və ya isti mühitdə uzun müddət qaldıqda içində bakteriyalar və kif əmələ gələ bilər. Bu da xüsusilə immun sistemi zəif olan insanlar üçün qida zəhərlənməsi riskini artırır.

Mədədə problemlərin yaranması

Köhnə dəmli çayda turşuluq çox olur. Bu da qastrit, mədə yanması və digər həzm sistemi pozğunluqlarına səbəb olur.

Diş və ağız sağlamlığına mənfi təsir

Tərkibindəki yüksək tanin və turşuluq səbəbindən köhnə dəmli çay diş minasını zədələyərək aşındırır və zamanla məhvinə səbəb olur, dişləri saraldır, ağızda acı və xoş olmayan dad əmələ gətirir.

Qaraciyər və böyrəklərə əlavə yük

Çayın tərkibindəki bəzi maddələrin, xüsusilə kofein və floridin miqdarı zaman keçdikcə daha da artır.Bu maddələr qaraciyərə və böyrəklərə əlavə yük yaradır. Xüsusilə böyrəklərində və qaraciyərində problem olanların vəziyyətini ağırlaşdıra bilər.

Sinir sisteminə mənfi təsir

Köhnə dəm çayda yüksək səviyyədə kofein və tanin var ki, bunlar da sinir sisteminə mənfi təsir edir. İnsanda əsəbilik, təşviş (anksiyete), yuxusuzluq, ürək döyüntüsündə artım, əl titrəməsi kimi hallara səbəb ola bilər.

Nitrozaminlərin yaranması

Köhnə dəmli çayın tərkibində olan nitrat və nitrit birləşmələri parçalanaraq nitrozaminlər əmələ gətirirlər.Nitrozaminlər isə kanserogen maddələrdir. Çay uzun müddət bu şəkildə qəbul edildikdə mədə və qida borusu xərçəngi riski yaradır.

Sidikqovucu təsiri daha da artır

Çay təbii sidikqovucudur, lakin köhnə dəmli çay bu təsiri daha da artırır.Bu da bədəndə susuzlaşma, elektrolit pozğunluğu, baş ağrısı, yorğunluq kimi simptomlarla nəticələnir.

Qeyd: Hər yeni dəmlənən çayı 1 saat ərzində içmək məqsədəuyğundur.

Banu