Xonça bağlayıb pişiyi üçün elçiliyə gedən müğənnimiz kimdir? - Bacısı danışdı + VİDEO
Xalq artisti Gülyaz Məmmədova evində bir neçə pişik saxladığını açıqlayıb.
Bu haqda onun bacısı, Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.
Gülyanaq bidirib ki, bu səbəbdən bacısının evinə getmir:
“Qayınanalar nəvə oynadan yaşda nəvə olmursa, pişik oynadır. Gülyazın evində pişiklər var: ana, ata, balalar. Hətta xonça ilə gedib pişiyi evləndirib”.
Bacısının bu sözlərinə G.Məmmədova “Oğlumun 30 yaşı var. Evlənməyə gecikib. Amma özü tapıb evlənəcək. Uşağı 20 yaşında evləndirmək lazımdır” cavabını verib.
(olay)