Yanğında ölən meşəbəyinin müdirinə yazdığı ürəkdağlayan mesaj - "Maaşımız..." + FOTO

Xəbər verdiyimiz kimi, Eskişehirdə baş verən meşə yanğınları nəticəsində meşə işçiləri həlak olub.

Jul 24, 2025 - 23:25
Yanğında ölən meşəbəyinin müdirinə yazdığı ürəkdağlayan mesaj - "Maaşımız..." + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, yanğında həlak olan meşəbəyi Eyüp Derelinin bir müddət öncə yazdığı mesaj gündəm olub. 

Belə ki, Dereli iş yoldaşlarının olduğu facebook qrupunda bu ay maaşlarını artımla alıb, ala bilməyəcəyini soruşub. Cavabda isə ona bu ay yox, bəlkə, gələn ay artımla maaş ala biləcəkləri bildirilib. 

Derelinin qrupa göndərdiyi son mesaj isə mətbuatın yazdığı “Meşə işçiləri dolana bilmir” başlıqlı yazı olub.

İctimaiyyət Eyüp Derelinin mesajlarından onun maddi çətinlik çəkdiyi, dolana bilmədiyi qənaətinə gəlib.

Xatırladaq ki, iyulun 23-də Türkiyənin Eskişehir vilayətində güclü meşə yanğını başlayıb. Yanğını söndürməyə çalışan 10 meşə işçisi həlak olub.

Banu