Yeni 100 manatların üzərində bu dəyişikliklər var - VİDEO 

Azərbaycanda gələn aydan yenilənmiş 100 manatlıq əsginaslar dövriyyəyə buraxılacaq.

Jun 6, 2026 - 12:21
Jun 6, 2026 - 12:39
Yeni 100 manatların üzərində bu dəyişikliklər var - VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, yeni əsginaslarda müasir mühafizə elementləri tətbiq edilib.

Bunlara üçölçülü mikrogüzgü effektinə malik rəngi dəyişən holoqram, dinamik işıq effekti yaradan və rəngini dəyişən manat simvolu ("Spark Flow Prime"), həmçinin su nişanı daxildir.

Pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominal dəyəri görünəcək.

Yeni 100 manatlıqlarda görmə qüsuru olan şəxslər üçün xüsusi qabarıq xətlər də yerləşdirilib. Əsginasın hər iki tərəfində olan bu işarələr vasitəsilə nominalı və əskinasın həqiqiliyini müəyyən etmək mümkün olacaq.

Oğuz