Zelenskinin yeməyini onlar yedi - Tramp ləğv edilmiş nahara kimləri dəvət edib?

Ağ Evin aparat rəhbərinin müavini Den Skavino sosial şəbəkə hesabında Donald Tramp və Vladimir Zelenskiyə görüşdən sonra verilməli olan nahar menyusunun fotosunu dərc edib.

Mar 1, 2025 - 23:08
Mar 1, 2025 - 23:10
Zelenskinin yeməyini onlar yedi - Tramp ləğv edilmiş nahara kimləri dəvət edib?

Menyuya üç yemək daxil imiş: məzə olaraq bal sousu ilə pomidor salatı planlaşdırılırdı. Əsas yemək üçün rozmarin, kərəviz kökü püresi, qulançar və göyərti ilə bişmiş toyuq əti təqdim olunacaqdı. 

SAVASHMEDİA.az-ın məlumatına görə, şirniyyat süfrəsində isə müxtəlif giləmeyvə və nazik xırtıldayan sitrus peçenyeləri ilə kremli brule nəzərdə tutulubmuş.

Amma Zelenskinin Ağ Evi tərk etməsi nəzərdə tutulmuş naharın reallaşmasına imkan verməyib. 

Buna baxmayaraq, təamlar Tramp adminstrasiyasının nümayəndələrinə təklif olunub. Tramp başda olmaqla bir neçə komanda üzvü Zelenski üçün nəzərdə tutulmuş təamların dadına baxıblar. 

Yağmur