"Zəlzələyə görə övladımız yoxdur" - Məşhur müğənni

Türkiyənin tanınmış və sevilən müğənnisi Aydilge ana olmaq istəməməsinin səbəbini açıqlayıb.

Apr 30, 2025 - 12:52
"Zəlzələyə görə övladımız yoxdur" - Məşhur müğənni

SAVASHMEDİA.az xəbər verir ki, o, ötən gün özəl universitetlərdən birinin mükafatlandırma mərasiminə qatılıb.

Mükafatını aldıqdan sonra jurnalistlərin suallarını cavablandıran ifaçı zəlzələ qorxusunun olduğunu bildirib.

“Övlad istəmirsinizmi?” sualına Aydilge belə cavab verib:

“İstanbulda yaşayırıq, bilirsiniz ki, zəlzələ təhlükəsi var. Bizim ailəcə zəlzələ qorxumuz var. Buna görə də İstanbuldan köçənə qədər övladımızın olmağını istəmirik”.

Həyat yoldaşı da müğənninin dediklərini dəstəkləyib.

Xatırladaq ki, Aydilge 2018-ci ildə musiqiçi Utku Barış Andaç ilə ailə qurub.

Banu