Ziya Məmmədovun bacısı vəzifədən azad edildi - FOTO
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun direktor müavini olan bacısı Məhbubə Məmmədova vəzifəsindən azad edilib.
Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsi Xanımqız Rüstəmovaya tapşırılıb.
Məhbubə Məmmədova son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.
Məmmədova 2018-ci ilin yanvar ayında 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunaraq, Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdu.