1 ay zəncəfilli qatıq pəhrizi saxlayan Seymur öldü - 36 kq arıqlayıbmış

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

Mar 6, 2025 - 13:05
1 ay zəncəfilli qatıq pəhrizi saxlayan Seymur öldü - 36 kq arıqlayıbmış

SAVASHMEDİA.az xəbər verir ki, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.