20 yaşlı tələbə tanınmış türk akyoru qətlə yetirdi - Qızın polisə dedikləri

Türkiyənin tanınmış aktyoru qətlə yetirilib.

May 23, 2025 - 17:34
20 yaşlı tələbə tanınmış türk akyoru qətlə yetirdi - Qızın polisə dedikləri

SAVASHMEDİA.az xəbər verir ki, aktyor Mehmet Serdar Sulukahya 20 yaşlı universitet tələbəsi tərəfindən bıçaqlanıb. 

62 yaşlı aktyor xəstəxanada vəfat edib. Hadisə mayın 21-də İstanbul Beşiktaşdakı Məcidiyyə məhəlləsində baş verib. 

Məlumata görə, tanınmış aktyor gecə saatlarında evindən çıxıb və təxminən 40 dəqiqə sonra 20 yaşlı Fatma Gülsüm P adlı qızla evinə qayıdıb. Bir müddət sonra onlar arasında dava başlayıb. Fatma Gülsüm P mətbəxdən bıçaq götürərək aktyoru bıçaqlayıb, daha sonra qaçıb. Ağır yaralanan Sulukahya qonşularından kömək istəyib. 

aktyor Mehmet Serdar Sulukahya

Qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər. Aktyor ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Xəstəxanada isə həyatını xilas etmək mümkün olmayıb. 

Fatma Gülsüm P polis tərəfindən qaldığı tələbə yataqxanasında saxlanılıb. Onun Mimar Sinan Universitetinin tələbəsi olduğu ortaya çıxıb. Fatma Gülsüm P  polisə verdiyi ifadədə Sulkahyanın ona təvavüz etmək istədiyini, özünü qorumaq məqsədilə bıçaqladığını bildirib. O, aktyorla sosial media vasitəsilə tanış olub.

FOTODA Fatma Gülsüm

Qeyd edək ki, “Yeşilçam”ın bir çox filmlərində rol alan Mehmet Serdar Sulukahya 1962-ci ildə İstanbulda doğulub. “Beyaz ölüm”, “Yıkılacak kadın”, “Hülyam” və s. filmlərdə çəkilib. Sulukahya çəkildiyi filmlərdə Tarık Akan, Nuri Alço, Bulut Aras, Fatma Girik, Ahu Tuğba kimi məşhur aktyor və aktrisalarla tərəf müqabili olub. Hollandiyada yaşayan aktyor Türkiyəyə hadisədən qısa müddət öncə gəlibmiş.

Banu