3 Azərbaycan gəmisi Afrikada heyətlə birgə girov götürüldü - VİDEO
30-dan çox azərbaycanlı 2 aydır Afrikada ac-susuz qalıb
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O, iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.
Əlavə məlumat veriləcək...
Ətraflı videoda...