“Zelenski niyə belə davranır?” – Lukaşenko sual etdi
Qərbin təzyiqi altında Kiyev qonşu Belarusu hərbi münaqişəyə sürükləməyə çalışır.
SAVASHMEDİA.az “BelTA” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Volodya Zelenski niyə belə davranır? Ona əmr verirlər. Ölkəni müharibəyə sürükləmək üçün istənilən mümkün olan hər şeyi edilməlidir”, - Lukaşenko iddia edib.
Lukaşenkonun sözlərinə görə, Belarus ətrafında güclü gərginlik artdığı dövrdə – fermerlər nəyisə sındırır, hökumətə peyin atırlar, müharibələr gedir və sair – ölkə neytral qala bilir.
O, vurğulayıb ki, əgər Ukrayna və Rusiya tərəfindən Belarus hərbi əməliyyatlara cəlb olunarsa, bir dövlət kimi ayaqda qala bilməz.
Prezident həmçinin cəmiyyəti kənar ittihamlara əhəmiyyət verməməyə çağırıb: “Dinləyin, Belarusdakı kimi diktatura Ukraynadakı kimi demokratiyadan daha yaxşıdır”, - deyə o, vurğulayıb.
Xatirə SADİQ