35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi + FOTO

Vətən Müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

Jul 23, 2025 - 12:55
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi + FOTO

Məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb. 

Qeyd edək ki, Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib. (qafqazinfo)

Mobil Əhmədzadə