5 gün yağış yağacaq, sel gələcək - Hava kəskin DƏYİŞİR + TARİXLƏR

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin dəyişkən olacağı, bəzi yerlərdə fasilələrlə yağıntıların müşahidə ediləcəyi gözlənilir.

Jun 11, 2026 - 17:04
5 gün yağış yağacaq, sel gələcək - Hava kəskin DƏYİŞİR  + TARİXLƏR

SAVASHMEDİA.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimalı var.

Bəzi dağlıq və dağətəyi ərazilərdə isə yağışların daha güclü olacağı bildirilir.

Qeyd olunub ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artması, eləcə də bəzi dağ çaylarında qısamüddətli daşqın və sel riski yarana bilər.