ABŞ-nin ikinci qırıcı təyyarəsi Qırmızı dənizə düşdü
ABŞ Hərbi Dəniz Qüvvələri bir həftə ərzində Qırmızı dənizdə yerləşən “USS Harry S. Truman” gəmisində ikinci F/A-18 Super Hornet döyüş təyyarəsini itirib.
SAVASHMEDİA.az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Məlumata görə, qırıcının enişi zamanı xəta baş verib. Bu səbəbdən ekipaj katapulta etməyə məcbur olub. Nəticədə təyyarə dənizə düşüb.
Bu hadisədən bir neçə gün öncə məhz bu gəmidən dənizə F/A-18 Super Hornet qırıcı təyyarəsi düşərək batmışdı. O zaman komandanlıq bunu gəminin Qırmızı dənizdə husilərin hücumundan qaçmaq üçün kəskin manevri ilə izah etmişdi.
Qeyd edək ki, belə təyyarənin qiyməti 67,4 milyon dollar təşkil edir.
Xatirə SADİQ