"ABŞ-nin susması Putini cəsarətləndirir" - Zelenski
"ABŞ-nin və digər ölkələrin susqunluğu Rusiya Prezidenti Vladimir Putini cəsarətləndirir".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Rusiyanın kütləvi dron və raket hücumlarını şərh edərkən yazıb.
"Dünyada həftəsonu ola bilər, amma müharibə davam edir. Buna etinasız yanaşmaq olmaz. Rusiya rəhbərliyinə qarşı həqiqətən də güclü təzyiq olmadan bu qəddarlığı dayandırmaq mümkün deyil" , - deyə o bildirib.
Zelenski hesab edir ki, Rusiyaya qarşı daha çox sanksiyanın tətbiqinə ehjtiyac var.
Oğuz