“ABŞ Rusiya ilə normal münasibətlər qurmaq istəyir” – Sergey Lavrov

“Amerika nümayəndə heyəti Ər-Riyadda Rusiya tərəfi ilə danışıqlar zamanı bildirib ki, ABŞ Rusiya Federasiyası ilə normal münasibətlər qurmaq istəyir və ciddi danışıqlara hazırdır”. 

Mar 12, 2025 - 12:34
“ABŞ Rusiya ilə normal münasibətlər qurmaq istəyir” – Sergey Lavrov

SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.

“Düşünürəm sirr açmayacağam, biz Ər-Riyadda ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşəndə dedilər ki, onlar normal münsibətlər istəyirlər. Yəni [ABŞ prezidenti] Donald Tramp administrasiyasında Amerikanın xarici siyasətinin əsası ABŞ-nin milli maraqlarının müdafiəsidir”

Onun sözlərinə görə, eyni zamanda, amerikalılar başa düşürlər ki, başqa ölkələrin də öz milli maraqları var və onlar öz milli maraqları olan və başqalarının yolu ilə getmək istəməyən bu dövlətlərlə ciddi danışıqlara hazırdırlar.

Xatirə SADİQ