Rusiya və ABŞ kəşfiyyatının rəhbərləri razılığa gəldilər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratkliff martın 11-də telefonda danışıblar.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə SVR-nin mətbuat bürosu məlumat yayıb.
Məlumata görə, xüsusi xidmət orqanlarının rəhbərləri Rusiya və ABŞ arasında qarşıdurmanı azaltmaq məqsədilə müntəzəm təmaslar barədə razılığa gəliblər.
“Beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, habelə Moskva ilə Vaşinqton arasında münasibətlərdə qarşıdurmanın azaldılmasına kömək etmək məqsədi ilə SVR və MKİ direktorları arasında müntəzəm təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq doğuran sahələr və böhranlı vəziyyətlərin nizamlanması üzrə qarşılıqlı fəaliyyəti məsələləri müzakirə edilib”, - deyə məlumatda vurğulanıb.
Xatirə SADİQ