Adil Əliyevlə videosu yayılan QAZİ DANIŞDI - "Dedi, çayı gözünə qoy..." 

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin əlil arabasındakı qazi Vətən Cəfərliyə dediyi sözlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

May 30, 2026 - 17:48
Adil Əliyevlə videosu yayılan QAZİ DANIŞDI - "Dedi, çayı gözünə qoy..." 

SAVASHMEDİA.az xəbər verir ki, yayılan videoda icra başçısının “Yaşıl çay verin içsin, sonra paketi də gözünün üstünə qoysun” ifadəsi tənqid olunub.

Qazi Vətən Cəfərli bildirib ki, görüntülər yanlış təqdim olunub və fikirlər kontekstdən çıxarılıb. 

Onun sözlərinə görə, səhhətindəki problemlə bağlı müraciət etdikdən sonra Adil Əliyev gözündəki şişkinlik üçün təbii vasitə kimi çay paketindən istifadə etməyi məsləhət görüb.

“Mənim bir gözümdə digəri ilə müqayisədə kiçilmə var, bir az da şişmişdi. Cənab başçı səbəbini soruşdu, dedi ki, soyuqlamadan bu haldadı. Bildirdi ki, quru çayı gözünün üstünə qoy, şişi çəkir.  Video sosial şəbəkə platformalarında tam ayrı şəkildə insanlara çatdırılıb". 

Qazi əlavə edib ki, videonun təqdim olunma forması həqiqəti tam əks etdirmir və icra başçısı hər zaman şəhid ailələri və qazilərə diqqət göstərib. (pravda.az)

Oğuz