Trampın boyu və çəkisi açıqlandı - Həkimin HESABATI

Həkimi ABŞ prezidenti Donald Trampın səhhətinin səlahiyyətlərini yerinə yetirməyə imkan verdiyini açıqlayıb.

May 30, 2026 - 16:49
Trampın boyu və çəkisi açıqlandı - Həkimin HESABATI

SAVASHMEDİA.az xəbər verir ki, həkim Şon Barbabellanın hesabatına əsasən, 79 yaşlı Trampın çəkisi 108 kiloqram, boyu isə 190,5 santimetrdir.

Onun bədən kütlə indeksi 29,6 təşkil edir ki, bu da piylənmə həddinə yaxın göstərici hesab olunur.

Məlumata görə, Tramp ürək-damar, xərçəng və digər profilaktik müayinələrdən keçib. Aparılan testlər zamanı hər hansı sağlamlıq problemi və ya anomaliya aşkarlanmayıb.

Hesabatda prezidentin əllərində müşahidə olunan göyərmələrin tez-tez əl sıxması və aspirin qəbulunun yaratdığı zərərsiz təsirlərdən qaynaqlandığı bildirilib.

Oğuz