Cem Yılmazın səhhəti pisləşdi - TƏCİLİ XƏSTƏXANAYA aparıldı

Türkiyəli məşhur komediyaçı Cem Yılmaz Çanaqqalanın Ayvacıq rayonunda yaşadığı evdə səhhətində problem yaranması səbəbilə xəstəxanaya yerləşdirilib.

Aug 29, 2026 - 23:41
Aug 29, 2026 - 23:47
Cem Yılmazın səhhəti pisləşdi - TƏCİLİ XƏSTƏXANAYA aparıldı

SAVASHMEDIA.az xəbər verir ki, Cem Yılmaz evində sinə ağrısı hiss etdikdən sonra 112 Təcili Yardım xidmətinə müraciət edib. 

O, əvvəlcə Ayvacıq Dövlət Xəstəxanasına, daha sonra isə Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasına aparılıb.

Məlumata görə, komediyaçıya burada angioqrafiya tətbiq edilib. 

Xatırladaq ki, Angioqrafiya (anju) - ürək damarlarının vəziyyətini yoxlamaq, eyni zamanda mümkün daralma və ya tıxanıqlıqları müəyyən etmək üçün aparılan tibbi müayinəyə deyilir.

Oğuz