ADY rəhbəri Rövşən Rüstəmov TƏNQİD OLUNDU - "Bunu kim etməlidir? Mən?" 

"Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən, sanki, düşünmürlər, özləri-özlərini pis vəziyyətə salırlar".

Jun 3, 2026 - 00:27
Jun 3, 2026 - 00:34
ADY rəhbəri Rövşən Rüstəmov TƏNQİD OLUNDU - "Bunu kim etməlidir? Mən?" 

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri iqtisadçı, ReAL partiyasının rəhbəri Natiq Cəfərli deyib.

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimini "yaxşı xəbər" adlandıran iqtisadçı bildirib ki, bu vacib logistik marşrut Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə açılıb: 

"Bu lahiyə elan olunanda heç bir xarici Bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar – mənasız bəhanələri də o idi ki, güya, bu layihə Ermənistanın izolyasiyasını artırır. Bu gün reallıq odur ki, layihə çalışır, tələbat var, “Orta Dəhliz” dünya logistika xəritəsində öz yerini tutur, hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır. Bura qədər hər şey yaxşıdı, Azərbaycanın strateji doğru qəraralma qabiliyyətini, Dövlət ağlını göstərir".

Fotoda Natiq Cəfərli

O, daha sonra diqqəti ADY rəhbəri Rövşən Rüstəmovun sitatına yönəldib: “BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil". 

Natiq Cəfərli ardınca ADY rəhbərinin fəaliyyətini tənqid edib: "Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdursa, olsun da, Sizin işiniz də elə plan tərtib edib ölkələr arası münasibətləri intensivləşdirmək deyilmi?! Gürcüstan tərəfi razı, Türkiyə tərəfi marağını ifadə edib, yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz, ya qurmamısınız?! Nə mane olur ki, bu planı düşünüb, həyata keçirməyə?! 

BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresinə” çevirmək olar, hətta Orta Asiya Respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq (görürsünüz Rövşən müəllim, planlamaq olur) mümkündür".

Oğuz