Ağ Ev yaxınlığında atışmada yaralanan hərbçilər öldü
ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev yaxınlığında baş verən atışmada güllə xəsarətləri alan Qərbi Virciniya Milli Qvardiyasının hər iki hərbçisi ölüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrissi "X"də yazıb.
"Qərbi Virciniyanın bu cəsur sakinlərini ölkələrini müdafiə edərkən canlarını verdilər. İstintaq davam etdiyi müddətdə federal hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bütün ştatımız onların ailələri, yaxınları və bütün qvardiya heyəti ilə birlikdə kədərlənir. Qərbi Virciniya onların xidmətini və fədakarlığını heç vaxt unutmayacaq və bu dəhşətli hərəkətə görə tam məsuliyyət tələb edəcəyik", - o yazıb.
Aytən İbrahimova