Ağ paltardan çətin gedən ləkəni aparmaq üçün - ÜSULLAR
Ev işlərindən ən çox vaxt aparan, yəqin ki, paltarların yuyulmasıdır. Çünki maşında və ya əldə yumağımızdan asılı olmayaraq, çox zaman ağ paltarlardan ləkələr getmir.
Çay, qəhvə, yağ, yemək, ketçup, mürəkkəb, tomat, şokolad, pas, nar, qan kimi çətin gedən ləkələri aparmaq, xüsusilə əziyyətli işdir.
SAVASHMEDİA.az ağ paltardan çətin gedən ləkələri aparmaq üçün üsulları təqdim edir.
I ÜSUL
Böyük bir qaba 2 litr qaynar su tökün. İçinə 3 ədəd limon sıxın, 1 xörək qaşığı duz və 1 çay stəkanı yuyucu toz əlavə edin. Paltarınızı həmin suya qoyub azı yarım saat gözləyin. Sonra təmiz su ilə durulayıb asın.
II ÜSUL
Ləkə olan yerə bir xörək qaşığı soda tökün. Limonu kəsib yarısını soda tökdüyünüz ləkələnmiş yerə sıxın. 20 dəqiqə saxladıqdan sonra yuyun.
III ÜSUL
İki limonu doğrayıb qaynar su ilə dolu qabın içinə atın. Ləkəli ağ paltarı da həmin suyun içinə qoyun və 40 dəqiqə gözləyin. Daha sonra müvafiq proqramdan istifadə edərək paltaryuyan maşında yuyun.
IV ÜSUL
3-4 litr suya 1 çay stəkanı yuyucu toz və 1 çay stəkanı hidrogen peroksid əlavə edin. Ləkəli ağ paltarları həmin suda yarım saat saxlayın. Sonra durulayıb asın. Bu üsul daha incə parçalarda istifadə edilməlidir.
V ÜSUL
1 litr suya 1 çay qaşığı hidrogen peroksid və 4 damcı ammonyak əlavə edin. Paltarınızı bu qarışımda 10 dəqiqə saxladıqdan sonra yaxşıca durulayıb sərin. Digərlərindən çox güclü olan bu üsulu ən çətin gedən ləkələrdə istifadə edə bilərsiniz.
VI ÜSUL
1 litr qaynar suya 2 çay stəkanı sirkə əlavə edin. Ləkəli paltarı azı yarım saat bu qarışımda saxlayın. Sonra durulayın. Sirkəni birbaşa ləkənin üstünə töküb qaynar suya sonra da qoya bilərsiniz.
VII ÜSUL
4 ampul (ləkənin böyüklüyünə görə ampulların sayını artıra bilərsiniz) c vitaminini ağ paltardakı ləkənin üstünə töküb yarım saat gözləyin, sonra adi qaydada yuyun.
VIII ÜSUL
Ağ paltarı isladıb ləkə olan hissəsini paltar sabunu (72%-li) ilə yaxşıca sürtün və bir saat gözləyin. Daha sonra müvqafiq proqramda paltaryuyan maşında yuyun.
Yağmur