Ağalarovlar 200 milyon dollar itirib - Emin Ağalarov
Moskva yaxınlığındakı "Krokus City Hall"-da törədilən terror aktı nəticəsində Crocus Group-a dəymiş təxmini zərər 150-200 milyon dollar təşkil edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Crocus Group-un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov Rusiya mətbuatına deyib.
E.Ağalarovun sözlərinə görə, "Krokus Siti Holl" konsert zalının taleyi qeyri-müəyyən olaraq qalır:
"Konsert zalı bərbad vəziyyətdədir. Onu bərpa etmək nəhəng maliyyə resursları, on milyonlarla dollar tələb edir ki, bunun da tapılması indiki reallıqlarda mümkün görünmür.”.
Oğuz