Ağızdan gələn pis qoxu bu qorxulu xəstəliyin əlaməti imiş – XƏBƏRDARLIQ!

Ağızdan gələn pis qoxu diskomfort yaratmaqla yanaşı, qorxulu xəstəliklərdən də xəbər verə bilər.

Mar 13, 2025 - 16:36
Ağızdan gələn pis qoxu bu qorxulu xəstəliyin əlaməti imiş – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az bildirir ki, müxtəxəssislər ağız qoxusu ilə bağlı həyəcan təbili çalırlar.

Belə ki, sadə bir problem kimi görünən ağız qoxusu diş əti xəstəliklərinin və ağız xərçənginin də əlaməti ola bilər. Diş əti xəstəliyinin ən çox görülən əlamətləri pis qoxu, diş ətində qızartı, şişlik, qanama və həssaslıqdır.

Ağızda pis qoxu ilə yanaşı, uzun müddət davam edən yaralar, ağ və ya qırmızı ləkələr, hissiyyatın itməsi, udma çətinliyi, çənənin hərəkətinin məhdudlaşması kimi problemlər də varsa, bu artıq ağız xərçəngindən xəbər verir.

Siqaret və tütün məmulatlarının istifadəsi, həddindən artıq spirt istehlakı, HPV (Human Papilloma Virus) kimi infeksiyalar, uzun müddət günəş işığına məruz qalma (xüsusilə dodaq xərçəngi üçün) və pis qidalanma kimi immunitet sistemini zəiflədən faktorlar xərçəngin inkişafında əhəmiyyətli rol oynaya bilər.

Mütəxəssislər ağız qoxusuna adi yanaşmamağa və vaxtında həkimə müraciət etməyə çağırırılar.

Banu