"Yazırlar ki, xəstəyəm, ona görə görünmürdüm ki..." - Ramzan Kadırov
"Mənim üçün əsas titul Ramzan Kadırov olmağımdır. Bu mənə bəs edir".
Çeçenistan rəhbəri bu barədə "Teleqram" kanalında paylaşdığı videoda bildirib.
“Heç bir xəstəliyim yoxdur. Rəsmi açıqlama yazaraq məzuniyyətə çıxmışam. Artıq 18 gündür ki, Avropa və Amerika qəzetləri yazır ki, görünmürəm, mənə nə isə olub. Hər şey qaydasındadır", - Kadırov deyib.
Kadırov qeyd edib ki, o, xalqı tərəfindən rəhbər seçilib.
“Mən Ramzan Kadırovam və həyatım boyu bu titulu ən yüksək hesab etmişəm. Rəhbər olacağım heç ağlıma da gəlməzdi, mənə Ramzan Kadırov olmağım kifayət idi” - Çeçenistan rəhbəri sonda bildirib. (teleqraf)