Ən sadiq it cinsləri 

İtlər insanların sadiq dostlarıdır. Hətta əbəs deyil ki, dilimizdə “it kimi sadiq” bənzətməsi var. Lakin itlər də öz aralarında sədaqət dərəcəsinə görə fərqlənirlər.

Feb 18, 2025 - 01:40
Ən sadiq it cinsləri 

SAVASHMEDİA.az ən sadiq itləri oxucularının diqqətinə çatdırır:

Kangal

Mənşəyi Orta Asiyaya gedib çıxan Kangal iri bədənli qoruyucu itlərdən biridir. Dişilərinin çəkisi 50 kilodan bir qədər az, erkəklərdə isə bir az artıqdır. Uzun və qısa gəzintilər onlar üçün çox həyati və vacibdir. Əgər sahiblərindən sevgi görsələr, böyük instinktlə onları digər vəhşi heyvanlardan asanlıqla qoruya bilərlər. Onlar sahiblərinin ailəsi üçün də təhlükəli deyillər. Hətta sahibinin uşaqları üçün əyləncəli oyun yoldaşıdır.

Alman Çoban iti (Alman Qurdu)

Alman qurdu kimi də tanınan bu it zəkasına və insanlarla harmoniyada işləmək qabiliyyətinə görə tanınır. Dünyanın ən sadiq it cinslərindən biri olan Alman Çoban iti əsgər, polis və ya axtarış-xilasetmə iti kimi xidmət etmək qabiliyyətinə malikdir. Ən istedadlı və ağıllı itlər arasında yer alan bu cins düzgün təlimlə dünyanın ən sadiq mühafizəçilərindən biri ola bilər. 

Brittany

Bu cins itlər əyləncəli, zərif, mehriban, enerji doludur və ailəsi ilə vaxt keçirməyi xoşlayır. Yaxşı bir ov iti olmaqla yanaşı Brittany cinsi ailəsinə və sahibinə sadiqdir.

Akita

Sadiq itlər siyahısında olan itlərdəndir. Akita itlərini öyrətmək çətindir. Bu cins inadkar və iradəli olması ilə tanınır. Ancaq düzgün təlim və yaxşı qurulmuş bir əlaqə ilə Akita sahibini heç vaxt tərk etməyən sadiq bir qoruyucu olacaq. 

Labrador Retriever

Şirin, zərif, şəfqətli kimi tanınan bu itlər ailələrinə və sahiblərinə sadiq olan itlər arasında xüsusi yer tutur. Bu cinsin ən əsas ehtiyacları erkən təlim və bol məşqdir. Bu yolla o, sahibi ilə daha dərin bir əlaqə qura bilər.

Rottweiler

Bu cins də ailəsinə və xüsusilə sahibinə sadiq olan itlər sırasındadır. Rottweiler həm də güclü qoruyucudur. Onlar olduqca inadkar və azad ruhludur. Ona görə də bu itlərə yaxşı təlim keçmək lazımdır.

Doberman Pinscher

Dik qulaqları, zərif, lakin əzələli bədənləri və güclü çənələri ilə qoruyucu, axtarış-xilasetmə və əməliyyat iti funksiyasını yerinə yetirə bilər. Bu cins düzgün təlimlə ən sadiq itlər siyahısına düşəcək. Başqalarına qarşı çox sərt olan Doberman Pinschers sahibinə və ailəsinə çox yumşaq və mehribandır.

Yağmur