Həbs edilən Kamran Əsədovun söyüşlü paylaşımı üzə çıxdı - 18+

Xəbər verdiyimiz kimi, bu gün təhsil eksperti Kamran Əsədov imtahanlara qanunsuz müdaxilə cəhdində ittiham olunaraq, məhkəmə zalında həbs edilib.

Jan 23, 2026 - 21:45
Həbs edilən Kamran Əsədovun söyüşlü paylaşımı üzə çıxdı - 18+

SAVASHMEDİA.az bakupost.az-a istinadla xəbər verir ki, onun həbsinin ardınca sosial şəbəkələrdə Kamran Əsədovun heç də təhsil ekspertinə yaraşmayan tərzdə paylaşımlar etdiyi iddiası ilə skrin-şot yayılıb.

Skrin-şotda Kamran Əsədovun bir təhsil işçisinə və ziyalıya qətiyyən yaraşmayan tərzdə söyüşlərdən istifadə edərək, kimlərinsə ünvanına təhqirlər yağdırması əks olunub.

Skrin-şotu paylaşan ictimai fəal Vəli Quliyev Kamran Əsədov haqda “sən təhsil eksperti yox, təhsil alverçisi idin” sözlərini işlədib.