Lukaşenkonun 22 yaşlı sevgilisinin FOTOLARI - Görün harada tanış olublar?

“Belarus Prezidenti Aleksandr Lukaşenko 22 yaşlı model Aliya Korotkaya ilə eşq yaşayır”.

Apr 20, 2026 - 23:20
Lukaşenkonun 22 yaşlı sevgilisinin FOTOLARI - Görün harada tanış olublar?

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya və Belarusun müstəqil mənbələri iddia edib.

Mənbələr Aliya Korotkayanın 71 yaşlı prezidentin “yeni sevimlisi” olduğunu bildiriblər. 

Lukaşenko ilə gənc Aliya ilk dəfə ötən ilin aprel ayında keçirilən xokkey matçında yan-yana görülüblər. Bu zaman onların bir-birinə qarşı səmimi münasibəti diqqətlərdən yayınmayıb. Elə həmin vaxtdan gənc model yüksək səviyyəli dövlət tədbirlərində, rəsmi qəbullarda, dəbdəbəli Yeni il şənliyində Lukaşenkonun yanında yer alıb.

Azad mətbuat yazır ki, Aliya Korotkaya Lukaşenkonun 2000-ci illərin əvvəllərində gizli münasibətdən doğulan övladından da kiçikdir. 

Mətbuat Aliya Korotkayanın “yüksəliş hekayəsi”ni ənənəvi Belarus ritualına bənzədib. Dövlət tərəfindən maliyyələşdirilən Milli Gözəllik Məktəbi ilə sıx əlaqələri olan A.Korotkaya "Miss Minsk", "Miss Viva Braslav" və "Miss Belarus" kimi milli, eləcə də Rusiyada keçirilən "Miss BRICS" kimi beynəlxalq müsabiqələrdə iştirak edib. 

Belarus prezidenti ilə Korotkayanın tanışlığı da elə bu müsabiqələrlə bağlıdır. Çünki A.Lukaşenko həmişə gözəllik müsabiqələrinə maraq göstərib, bu yarışmaların iştirakçılarını öz yaxın çevrəsinə daxil edib. Bir sözlə, Aliya Korotkaya Aleksandr Lukaşenkonun “repertuarında” ilk deyil, son olmayacağı da istisna edilmir. Çünki Belarus prezidenti Aliyadan əvvəl də, başqa bir Belarus gözəllik kraliçası – Mariya Vasileviç ilə eşq yaşayıb. 2019-cu ildə başlayan bu yaxınlıq Mariyaya deputatlığa gedən “qızıl yol”u açıb. M.Vasileviç bu yoldan ötərək Belarus parlamentinin “ən gənc millətvəkili” ünvanını alıb.

Aliya Korotkayanın Avropanın "son diktatoru" adlandırılan Lukaşenkodan nəyi alacağı isə hələ ki sual altındadır. Lakin bu da bir gerçəkdir ki, Lukaşenko həmişə gözəllərə qarşı səxavəti və əliaçıqlığı ilə seçilib. Mütləqdir ki, Aliya Kartotkaya da  Lukaşenkonun “səxavət”indən böyük nələrsə qoparacaq. Analitiklərə görə, Lukaşenko da bu alış-verişdə qazanan tərəfdir. Gözəl qadınlar onun sayəsində vəzifəni, gücü alırlar, Lukaşenko isə dünyaya “hələ də varam, hələ də güclüyəm” imicini verir.

Lukaşenkonun ailə həyatı 

Aleksandr Lukaşenko 1975-ci ildə Qalina Lukaşenko ilə ailə qurub. Onların tanışlığı məktəb illərindən başlayıb. Cütlük 1990-cı illərdən bəri ayrı yaşasa da, rəsmən boşanmayıb. O illərdən Qalina rəsmi dövlət tədbirlərində Alensandr Lukaşenkonu müşayiət etməyib. Hazırda isə paytaxtdan uzaqda, sakit bir kənddə həyat sürür. 

A.Lukaşenkonun Q.Lukaşenkodan 2 oğlu var. Böyük oğlu Viktor Lukaşenko 1975-ci ildə, ikinci oğlu Dmitri Lukaşenko isə 1980-ci ildə doğulub. Belarus prezidentinin 2004-cü ildə gizli münasibətdən Nikolay adlı oğlu dünyaya gəlib. Nikolayın anasının kimi olduğu açıqlanmayıb.

Banu