Ərdoğanın oğlunun bu ölkəyə girişi QADAĞAN EDİLDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın İsrailə girişinə qadağa qoyulub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, qərar Bilal Ərdoğanla yanaşı daha 29 Türkiyə vətəndaşına tətbiq ediləcək.
Sözügedən siyahı İsrailin Diaspora İşləri və Antisemitizmlə Mübarizə Nazirliyi tərəfindən hazırlanıb. Siyahıya siyasətçilər, ictimai xadimlər, iş adamları və media nümayəndələrinin daxil edildiyi bildirilir.
Qadağa təşəbbüsü İsrailə qarşı boykot çağırışları və anti-İsrail fəaliyyəti iddiaları ilə əsaslandırılır. Lakin məsələ hələlik rəsmi qərar mərhələsinə çatmayıb və daha çox siyasi tövsiyə xarakteri daşıyır.
Bu addım Türkiyə–İsrail münasibətlərinin son dövrdə gərginləşdiyi bir vaxtda gündəmə gəlib və tərəflər arasında diplomatik münasibətlərin daha da soyumasına işarə kimi qiymətləndirilir.
Oğuz