Aİ oyun konsollarının Rusiyaya tədarükünü yasaqlayacaq

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarına “Xbox” və “PlayStation” oyun konsollarının tədarükünün daxil olunması təklif edilib. 

Jan 28, 2025 - 12:43
Aİ oyun konsollarının Rusiyaya tədarükünü yasaqlayacaq

SAVASHMEDİA.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Kallas bunu Rusiyada dronları idarə etmək üçün konsollardan istifadə edilməsi ilə izah edib. 

Onun sözlərinə görə, siyahıya müəyyən kimyəvi maddələrin tədarükü və Rusiyadan LNG idxalına məhdudiyyətlər də daxil ediləcək.

Aİ 16-cı sanksiyalar paketini fevralın 22-də tətbiq etməyə hazırlaşır. Bu, Rusiyanın Ukraynaya qarşı müharibəni başlamasının 3-cü ildönümünə təsadüf edəcək. 

Bütün əsas konsol istehsalçıları – “Sony”, “Microsoft” və “Nintendo” Ukrayna müharibəsinin başlanmasından və sanksiyaların tətbiqindən sonra Rusiyada satışlarını dayandırıb. Onların məhsulları ölkəyə paralel idxal yolu ilə gətirilir.

Xatirə SADİQ