AKP-nin qərargahında olay - Yaralılar var + FOTO

Türkiyədə idarəetməni itirən bir sürücü avtomobillə AKP-nin (hakim Ədalət və İnkişaf Partiyası) yerli təşkilatının binasına çırpılıb.

Aug 12, 2025 - 11:42
Aug 12, 2025 - 12:43
AKP-nin qərargahında olay - Yaralılar var + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Şanlıurfada baş verib.

Qəzaya səbəb sürücünün dönmə əməliyyatını düzgün yerinə yetirə bilməməsidir. 

Qəza nəticəsində binaya ciddi zərər dəyib, sürücü və iki partiya işçisi yaralanıb. 

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.  

Banu