Tramp ölümdən son anda qurtuldu - Onun təyyarəsi...

ABŞ Prezidenti Donald Trampın prezident təyyarəsi havada ciddi təhlükə ilə üzləşib. 

Sep 17, 2025 - 20:26
Tramp ölümdən son anda qurtuldu - Onun təyyarəsi...

Spirit Airlines şirkətinə məxsus sərnişin təyyarəsi ilə Air Force One tipli prezident təyyarəsi az qala toqquşurmuş.

Hadisə sentyabr 16-da, Long Island üzərində baş verib. 

ABŞ mətbuatının məlumatına görə, hava hərəkəti dispetçeri son anda müdaxilə edərək pilotları xəbərdar edib. Məlumata görə, hər iki təyyarə eyni hündürlükdə uçurmuş və bu, böyük risk yaradıb.

Dispetçerin göstərişi ilə Spirit Airlines təyyarəsi kursunu dəyişib və nəticədə təyyarələr bir-birindən bir neçə mil uzaqda, təhlükəsiz məsafədə qalmağı bacarıb.

Hadisə Trampın rəsmi səfər üçün Londona uçuşu zamanı qeydə alınıb.

milli.az