Aktürkoğlu "Fənərbağça"ya "yox" dedi - "Benfika" maaşını artırdı
"Benfika" "Fənərbağça"nın Kərəm Aktürkoğlu üçün etdiyi 22,5 + 2,5 milyon avroluq təklifi rədd edib və ulduz futbolçunu komandada saxlamağa qərar verib.
Bu məqsədlə Kərəmi komandaya daha da bağlamaq istəyən "Benfika" 26 yaşlı oyunçunun maaşına artım edəcək. Bildirilir ki, futbolçu ilə yeni müqavilə imzalanacaq.
Xəbərdə milli futbolçunun hazırda klubundan illik 2,8 milyon avro maaş aldığı, bu məbləğin əhəmiyyətli dərəcədə artırılacağı və 2029-cu ilə qədər olan müqaviləsinin daha da uzadılacağı qeyd olunub.
"Benfika"nın baş məşqçisi Bruno Laqe "Tondela" ilə oyun öncəsi mətbuat konfransında Kerem Aktürkoğlu ilə bağlı açıqlama verib.
Laqe bildirib: "Kerem burada çox xoşbəxtdir, özünü "Benfika"ya tamamilə həsr edib".